Keçmiş səfir vəfat etdi - RTV

Azərbaycanın Gürcüstandakı keçmiş səfiri, fövqəladə və səlahiyyətli səfir Dursun Həsənov vəfat edib.

Dursun Həsənov Bakıda yaşadığı evdə dünyasını dəyişib.

Mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Dursun Həsənov 1993-cü ildən etibarən Azərbaycanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib.

O, 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.