Kəlbəcərdə çoban minaya düşdü - RTV

Kəlbəcər rayonunda 39 yaşlı çoban mina təhlükəli ərazidə mal-qara otararkən mina partlaması nəticəsində xəsarət alıb. Hadisə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Qazax rayon sakini Sərdar Ələsgəroğlu Sərdarov, mina təhlükəli ərazidə mal-qara otararkən mina partlaması nəticəsində xəsarət alıb. Hadisə ilə bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.