Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirdi - Saxlanılanlar var - RTV

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ və Cəbrayıl rayon şöbələrində əməliyyat keçirib. RTV-nin Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb. Onlar korrupsiya cinayətlərində ittiham olunurlar.

Saxlanılanlardan biri Cəbrayıl rayon şöbəsinin rəis müavini Şükür Əmrəliyevdir. Əmrəliyev rüşvət almaqda ittiham olunur.

Bundan başqa, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı və Ağdaş rayon şöbələrində də əməliyyatlar keçirilib. Bu əməliyyatlar nəticəsində də saxlanılanlar var.