Hal-hazırda ölkədə küləkli hava şəraiti hökm sürür. Bu cür havanın nə vaxta qədər davam edəcəyi ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Fevralın 4-ü səhər saatlarına olan məlumata əsasən, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Dağlıq ərazilərə, o cümlədən Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Qax rayonlarında qar, əksər bölgələrdə isə yağış yağıb. Bir sıra ərazilərdə isə güclü şimal-qərb küləyidir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, əksər yerlərdə isə 21 metr saniyəyə çatır. Müşahidə olunan güclü küləkli hava şəraiti fevralın 5-i səhər saatlarına qədər davam edəcək. Yağıntılı hava şəraiti isə Bakıda və Abşeron yarımadasında 4-ü və 6-sında fasilələrlə davam edəcək. 4-də yarımadanın bəzi yerlərində yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var.