Lənkəranda ağır qəza - RTV

Lənkəran rayonunda ağır qəza baş verib. Hadisə ötən gecə saatlarında Ələt-Astara magistralının 206-cı kilometrliyində, Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı piyada, Lənkəran rayonunun Gərmətük qəsəbə sakini, 46 yaşlı İslam Əkbərov idarə etdiyi "Fiat" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan piyada, Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini, 8 yaşlı Ağılgül Bağırovanı vurub. Sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb. Yaralı Ağılgül Bağırova Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.