Lənkəranda dəhşət - Satıcı öldü - RTV

Lənkəran rayonunun Vivan kəndində yol nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 15:00 radələrində qeydə alınıb.

Əfsərəddin Xəqanoğlu Tağıyevin idarə etdiyi "Opal" markalı avtomobil, yol kənarında kiçik ticarətlə məşğul olan 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vurub. Hadisə nəticəsində Şərifov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.