Sənədlər hamısı yığılıb.
Masallı rayonunun Xırmandalı kəndində yerləşən Xırmandalı kənd orta məktəbində yanğın baş verib. Otaqların birində baş verən yanğın qısa müddətdə bütün məktəbə yayılmağa başlayıb. Şagird və müəllimlər məktəbdən təxliyə olunub. Hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində alovun yayılmasının qarşısı alınıb. Məlumata görə yanğın direktorun otağında başlayıb. Yanğına səbəb isə elektrik xətlərində baş verən qısa qapanma olub. Qeyd edək ki, məktəbdə otaqlar elektrik vasitələrindən istifadə olunaraq qızdırılır.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata görə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb. Şagirdlər və pedaqoji kollektiv təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər. Onların səhhətində heç bir problem yaranmayıb. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.