RTV Rekord kanalında yayımlanan "Ruhinin mətbəxi" verilişinin növbəti buraxılışı efirə gedib. Verilişin aparıcısı Ruhiyyə Əliyeva bu dəfə tamaşaçı Ayselin istəyi ilə steyk hazırlayıb. O, steykin yanında şirin kartofdan istifadə edib. Aparıcı qeyd edib ki, şirin kartof mədə bağırsaq üçün möhtəşəmdir, köp vermir, dərini gözəlləşdirir, qan damar sisteminə çox kömək edir, şəkəri olanlar mütləq istifadə etməlidir, həm də təzyiqə də xeyirdir.
Ruhiyyə Əliyeva steyki hazırlamaq üçün zeytun yağından istifadə edib. O, ətin heyvanın bel hissəsindən kəsildiyini bildirib. Aparıcı qeyd edib ki, belə ətlər hazır şəkildə mağazalarda satılır. Ruhiyyə Əliyeva steykə qaya duzu, qara bibər, quru sarımsaq və rozmarin əlavə edib. O, qeyd edib ki, steykin hər üzü 7 dəqiqə bişməlidir.