"Mənim gəlinimin heç bir günahı yoxdur" - Gəlini baltalanan qayınana - RTV

Day Allah! Ay Allah mən çətinə dözmədim ay Allah! Xəstə daxil olarkən qapalı kəllə beyin travması. Ağdamda ailədə baş verən mübahisə qanla nəticələnib. Rayonun Mahrızlı kəndində baş verən hadisə zamanı ər həyat yoldaşına balta ilə xəsarət yetirib. Ağır xəsarət alan kənd sakini 1975-ci il təvəllüdlü Salahova Gülüzadə Abbas qızı Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirib. Xəstə daxil olarkən qapalı kəllə beyin travması, təpə nahiyəsində və alt çənə nahiyəsində açıq yaralar, kəsilmiş yaralar, sol bazunun yuxarı üçdə birində kəsilmiş çapılmış yara. Xəstənin yaraları birincilik işləndi, cərrahiyyə şöbəsinə sövq olundu. Xəstənin hal-hazırki vəziyyəti orta ağırdır. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin əvvəllər həbsdə olduğu deyilir. O, 12 yanvar tarixində azadlığa buraxılıb. Polis əməkdaşlarının keçirdikləri tədbir zamanı cinayət əməlini törədən zərərçəkmişin həyat yoldaşı Ceyhun Salahov saxlanılaraq məsuliyyətə cəlb edilib. Bəsdir biz davalıyıq. Mənim gəlinimin günahı yoxdur. Bizim evimin bir günahı yoxdur. Nəmlə zəhmətimizi qazandığımızı burnumuzdan töküb əllirdi. Rəisi başına dönüm, balana qurban olum. Mən niyyət deyim onu tut sənə ət verirəm Allaha. Nə qədər həyatı var qoy getsin orda çürüsün. Onun balaları yazıqdır, getsin beş gün yaşasın. Faktla bağlı araşdırma aparılır.