Minaya düşən ANAMA əməkdaşı dəfn edildi - RTV

Füzuli rayonunda mina partlaması nəticəsində bir əməkdaş həlak olub. Hadisə rayonun Aşağı Əbdülrəhmanlı kəndi ərazisində baş verib.

Həlak olan əməkdaş 1995-ci il təvəllüdlü Məttəli Muğan Rəfail oğlu olub. O, xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı nəticəsində həyatını itirib.

Mərhumun meyiti təhlükəsizlik ərazisindən çıxarılaraq Füzuli rayon məhkəmə-tibb ekspertizası və patoloji anatomiya şöbəsinə təhvil verilib. Aparılan müayinələrdən sonra onun meyiti Bala Bəhmənli kəndində dəfn olunub. Dəfn mərasimində mərhumun iş yoldaşları, əməkdaşları və kənd sakinləri iştirak edib.