2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinin müəllimlərinin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.
Müsabiqədə iştirak etmək istəyən şəxslər "portal.edu.az" saytına daxil olaraq "Elektron sənəd qəbulu" bölməsi vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi iyunun 3-ü saat 11:00-dan iyunun 10-u saat 11:00-dək davam edəcək.
Elektron sənəd qəbulu mərhələsi 3 iyun - 10 iyul tarixlərində aparılacaq.