"Murad başını qaldırıb baxsa, deputatların fəaliyyətini görəcək" - Aqil Abbas - RTV

Müğənni Murad Arifin deputatlarla bağlı səsləndirdiyi fikirlər son günlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Tanınmış sənətçi qatıldığı televiziya verilişlərindən birində Milli Məclis üzvlərinin fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlama verərək, bu sahədə şəffaflıq və görünürlük məsələsinə toxunub. O, iştirak etdiyi televiziya verilişlərindən birində Milli Məclis üzvlərinin fəaliyyətinin cəmiyyət üçün kifayət qədər görünmədiyini bildirib.

Məsələyə münasibət bildirən deputat Aqil Abbas RTV-yə açıqlamasında həmkarlarının fəaliyyətinin kifayət qədər aydın olduğunu bildirib. Aqil Abbas müğənni Murad Arifin fikirlərini şərh edərkən qeyd edib:

"Murad Arifin diqqəti musiqi üzərindədir. Mən onun musiqisini bəyənirəm, o, bacarıqlı bəstəkar və müğənnidir, ağı