Nazir əmr imzaladı - RTV

Səhiyyə naziri Teymur Musayev Gəncə şəhər psixonevroloji dispanserinin Gəncə şəhər psixiatriya xəstəxanasının tabeliyinə verilməsi barədə əmr imzalayıb. Bu qərarla dispanser bundan sonra şöbə kimi fəaliyyət göstərəcək.

Məlumatda bildirilir ki, dispanser işçilərinin bir hissəsi artıq Gəncə psixiatriya xəstəxanasına yerləşdirilib. Həmçinin, sözügedən quruma bu günlərdə yeni baş həkim təyin olunub.