Netanyahu iranlı imiş: Şok nəticələr açıqlandı - RTV

İsrailin baş naziri Binyamin Netanyahunun DNT nəticəsi bəlli olub. Testi birbaşa qardaşı İdoni Netanyahu verib. Hətta Netanyahunun oğlu Yairin də nümunəsi mövcuddur.

Belə ki, onlar R1a haploqrupunun Y26197 subkaladının Y26197-Y30 alt qolunu daşıyırlar. Azərbaycan DNT layihəsinin genetik tədqiqatçı və irsi xəstəliklər araşdırmaçısı Orxan Xansubabayev qeyd edib ki, təxminən 750-ci ildən Netanyahu soyu ata xətti ilə çoxlu polyak yəhudiləri olmaqla aşkenazi yəhudiləri ilə birləşir.

Y26197-Y30 versiyası dünya miqyasında yəhudi əhalisi arasında tapılan 600-dən çox YDN alt qolundan biridir. Bu variasiya təxminən 2000 il əvvəl yaranıb və eramızın 700-cü ilində Fransada aşkenazi əhalisinin yarandığı dövrdə onlara qoşulan bir kişidən mövcud olduğu görünür. Bu variasiya dünya miqyasında sınaqdan keçirilmiş yəhudi olmayan aşkenazi əhalisi arasında aşkaredilməyib.