Göygöldə dərədən üzərində zorakılıq izləri olan kişi meyiti tapılıb. Hadisə rayonun Mollacəlilli kəndinin yaxınlığında dərəli ərazidə qeydə alınıb. Belə ki, kənd sakini 1986-cı il təvəllüdlü Saqib Quliyevin meyiti dərədə aşkarlanıb. Əməkdaşlarımız hadisənin baş verdiyi ərazidə olublar. Mərhumun yaxınlarının bildirdiyinə görə o bıçaqlanaraq qətlə yetirilib, daha sonra isə meyiti dərədən aşağı atılıb. Mərhumun sakit bir insan olduğu deyilir. Yaxınları cinayəti törədənin tapılmasını istəyirlər.
Onca istəyirəm ki, böyüklərdən xahiş eləyirəm ki, mənim uşağımı qanı yerdə qoymasın. Onun da anası mənim kimi göynəsin. Çıxsın mərdibana desin ki, mən eləmişəm. Adam adamı elə eləməz, qansızlıq eləməz. Qanı yerdə qalmasın.
Xatırladaq ki, Mollacəlilli kəndinin yaxınlığında dərədən meyiti tapılan Saqib Quliyev ailəli olub. Mərhum bir müddət ailəsindən ayrılıb, anası ilə birlikdə yaşayırmış. 40 yaşlı kişinin iki azyaşlı övladı var. Mərhumun meyiti müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib. Faktla bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı Göygöl rayon prokurorluğunda cinayət işi açılıb.