Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib. Heydər məscidinin imamı Rüfət Qarayev bildirib ki, Ramazan ayı 11 ayın sultanıdır və ilahi ziyafət ayı sayılır. Ayın 18-i gecə daxil olur, 19-u günü artıq oruc olmuş oluruq. İmsak vaxtı ilə iftar vaxtına qədər əlini süfrədən çəkirsə, Allahın qadağa etdiyi məsələlərdən uzaq dayanırsa, artıq bunun özü bir niyyət halına keçmiş olur.
Bu il Ramazan bayramı mart ayının 20-nə nəzərdə tutulubdur. Eyni zamanda Novruz bayramı da mart ayının 20-si və 21-i nəzərdə tutulubdur. Demək olar ki, neçə illərdən sonra ilk dəfədir ki, belə bir hal baş verir. Mən də fürsətdən istifadə edərək əziz xalqımızı və eyni zamanda da ümməti Məhəmmədiyə, bütün müsəlmanları təbrik edirəm. Allah tutulan bütün orucları qəbul etsin.