Prezident bu şəxsləri təltif etdi - RTV

Prezident İlham Əliyev Azərqold Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının tərəqqi medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycanda dağ mədən sənayesinin inkişafı, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsinə xüsusi xidmətləri olan Azərqold Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları tərəqqi medalı ilə təltif ediliblər.