Prezident fərman imzaladı - RTV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, "Bakı Metropoliteni"nə "Bakı Bus" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Bakı Taksi Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti qoşulması formasında yenidən təşkil edilib.