Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil sahəsində islahatlarla bağlı fərman imzalayıb.
Fərmana əsasən, məktəbəqədər təhsil sahəsində valideyn dövlət özəl əməkdaşlığına əsaslanan maliyyələşdirmə modeli tətbiq ediləcək.
Bu, məktəbəqədər təhsilin maliyyələşdirilməsi üçün dövlət dəstəyinin müvafiq illərin dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş müəyyən edilmiş məbləğdə olmasını təmin edəcək.
Nazirlər Kabineti məktəbəqədər təhsil sahəsində valideyn dövlət özəl əməkdaşlığına əsaslanan maliyyələşdirmə modelinin tətbiqi qaydasını üç ay müddətində Azərbaycan Prezidentinə məlumat verməklə müəyyən etməlidir.