Prezident onları təltif etdi - RTV

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçilərinin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Xidmətinin bir sıra hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər.