Prezident İlham Əliyev Şamaxı rayonunda Şirvan Aqroheyvandarlıq Kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşüb. Dövlət başçısı Şamaxı rayonunda görülən böyük işləri qeyd edib və rayonun ölkə turizmi üçün əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev bildirib:
"Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib."
Dövlət başçısı həmçinin qeyd edib ki, rayonda bir çox müasir istirahət zonaları, otellər, iaşə, mədəniyyət və təhsil obyektləri yaradılıb. Şamaxı-Bakı avtomobil yolunun da müasir standartlara cavab verdiyini vurğulayan Prezident, bu yolların həm Bakı ilə, həm də ölkənin qərb və şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar yaratdığını əlavə edib.