Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Əlcazır dostluq ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bu addımı Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə layiq hesab edib.