Toydan sonra faciə: yaşlı qadın güllələndi - RTV

Türkiyənin Mardin vilayətinin Qızıltepe rayonunda baş verən hadisə toy məclisində faciə ilə nəticələnib. Müsavat.com xəbər verir ki, toyda tanışlıq məqsədilə havaya atılan güllələrdən biri 76 yaşlı qadının həyatına son qoyub.

Hadisə Mardin vilayətinin Qızıltepe rayonunda baş verib. Toy məclisində şadlıq məqsədilə havaya açılan atəş zamanı, ehtiyatsızlıqdan güllələrdən biri toyda iştirak edən 76 yaşlı qadına dəyib.

Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.