Müğənni Tacir Şahmalıoğlu qızının toyunda iştirak etməyən qonaqlar barədə danışıb. O bildirib ki, toyuna dəvət etdiyi çox insan gəlməyib.
"Zəng edib deyir ki, toya gəlməsən də pulu at kartıma."
Şahmalıoğlu, toyuna gəlməyən şəxslərin pul göndərməsinə də münasibət bildirib.
"Məni çağırmayanda da gəlməyəcəm. Zəng vurub üzrxahlıq da etməyəcəm. Amma çox adam oldu ki, onu mən toyu çağırmadım."
Müğənni əlavə edib ki, hər şey qarşılıqlıdır və hər kəs öz balasının toyunu görər.