Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası, həmçinin respublikanın digər bölgələri üzrə bu ilin iyun ayı üçün nəzərdə tutulmuş pensiyaların ödənişi başa çatıb. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin iyun ayına aid pensiyaları da bu ay qrafik üzrə ödənilib.