Sərdar Ortaçın vəziyyəti ağırlaşdı - RTV

Azərbaycanlı müğənni Sərdar Ortaçın səhhəti ilə bağlı yeni məlumatlar yayılıb. Uzun illərdir dağınıq skleroz xəstəliyi ilə mübarizə aparan sənətçinin vəziyyətinin pisləşdiyi bildirilir.

Məlumata görə, ifaçı son dövrlərdə ən ciddi xəstəliklərdən biri olan dağınıq sklerozun təsirlərini hiss edir. Bu səbəbdən də Sərdar Ortaçın bir neçə həftədir ki, həkim nəzarətində olduğu qeyd olunur.

Səhhətində yaranan problemlər səbəbindən sənətçinin qarşıdakı günlər üçün nəzərdə tutulan konsertləri və proqramları təxirə salınıb. Hazırda müğənninin müalicə prosesi davam edir.