10 iyunun hava proqnozu açıqlandı - RTV

Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağışsız keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu: gecə 17-19, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın əsasən dağlıq və dağətəyi ərazilərində hava fasilələrlə yağışlı olacaq. Bəzi yerlərdə qısa müddətə intensivləşən yağışlar, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Dağlarda gecə 8-13, gündüz 15-20, bəzi yerlərdə 23-27 dərəcə isti olacaq.