14 iyunun hava proqnozu açıqlandı - RTV

İyunun 14-də Bakı və onun ətraf ərazilərində hava proqnozu məlum olub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Lakin gün ərzində bəzi yerlərdə qısa müddətli yağış yağması ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-22, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağışlar ayrı-ayrı yerlərdə intensiv olacaq, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 29-34 dərəcə isti olacaq. Dağlarda isə gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq. Bəzi yerlərdə isə 25-30 dərəcə isti olacağı proqnozlaşdırılır.