O, Kəlbəcərin ilk və tək məzunudur - RTV

Kəlbəcər rayonunda yerləşən Bəhmən Cəfərov adına bir nömrəli tam orta məktəbdə 33 il sonra ilk dəfə son zəng çalınıb.

Bu günün ən diqqət çəkən məqamlarından biri isə məktəbin cəmi bir məzunu olmasıdır.

Azad Kəlbəcərin ilk və tək məzunu olan Nəzrin Atakişiyeva bunun onun üçün böyük qürur və məmnuniyyət mənbəyi olduğunu bildirib.

O, sinfinin yeganə şagirdi olsam da, heç vaxt tək hiss etmədiyini, müəllimlərinin və məktəb kollektivinin sevgisi ilə əhatə olunduğunu qeyd edib.

Nəzrin Atakişiyeva əlavə edib ki, bu uğur heç vaxt unudulmayacaq.

"Mən də çox şanslıyam ki, Kəlbəcərin ilk məzunu kimi yaddaşlarda qalacağam", - deyə o vurğulayıb.