Qonaq getdiyi kənddə öldü - Tovuzda faciə - RTV

Tovuz rayonunda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb. Hadisə Tovuz rayonunun Dondar Quşçu kəndindən keçən çayda qeydə alınıb. Məlumata görə, Bakı şəhərindən Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayan qohumlarının evinə qonaq gələn gənc, son günlər yağan intensiv yağışlar səbəbindən Tovuz çayının suyunun səviyyəsinin yüksəlməsi və axının sürətlənməsi nəticəsində faciə ilə üzləşib. Bir müddət əvvəl çayda itkin düşən gəncin axtarışlarına FHN-in xilasetmə qüvvələri cəlb olunub. Aparılan axtarış tədbirləri nəticəsində gəncin meyiti çaydan tapılaraq çıxarılıb. Hadisənin təfərrüatı Tovuz rayon Prokurorluğunda araşdırılır.