Bu gün Azərbaycanın bütün orta təhsil müəssisələrində "son zəng" çalınıb.
2024-2025-ci tədris ili başa çatıb.
Ölkənin bütün ümumtəhsil məktəblərində məzunlar üçün əlamətdar gün qeyd olunub.
Bu il respublika üzrə 116 min 550 məzun təhsil həyatının son zəngini eşidib.
Tədbirlərdə Azərbaycan dövlət himninin səsləndirilməsi ilə yadda qalıb.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəblilər tərəfindən hazırlanmış rəqs və musiqi nömrələri tədbirə xüsusi rəng qatıb.
Məktəblərin direktoru Rübaba Abdullayeva bildirib ki, bu gün onlar üçün həm sevindirici, həm də kövrək bir gündür.
"Bu gün məktəblə vidalaşırıq. Məktəbin direktoru Rübaba Abdullayeva qeyd edib ki, onlar üçün bu, həm sevincli, həm də kövrək bir gündür. Məzun olan şagirdlərimizi ürəkdən təbrik edirəm. Onların gələcək həyatında uğurlar arzu edirəm. Ümid edirəm ki, burda qazandıqları səriştələr, onların həyat yolunda hər zaman onlara dəstək olacaq, kömək olacaq."
Sinif rəhbəri Firuzə Quliyeva qeyd edib ki, bu gün məzun günü idi.
"Bu gün məzun günü idi. Artıq onlar həyatın astanasındadır. Mən bu münasibətlə bütün məzunları, valideynlərini, müəllimlərini təbrik edirəm."
Şagird İlahə Qurbanova öz hisslərini bölüşüb.
"Bu gün bizim üçün həm sevincli, həm kədərli bir gündür. 11 il boyunca ikinci evimiz olan məktəbimizlə vidalaşırıq. 11-ci sinif şagirdi olaraq unudulmaz anlar yaşadıq."
Şagird Tural Əbəlinli məzunları təbrik edib.
"Mən bütün məzunları təbrik edirəm. Onlara gələcək həyatlarında uğurlar arzu edirəm. İnşallah daha möhkəm iradə ilə daha çox şeyə nail olacaqlar."
Şagird Fatimə Altunay Nurell qeyd edib ki, bu gün məktəblə vidalaşırlar.
"Bu gün məktəblə vidalaşırıq. Bütün sinif yoldaşlarımı son zəng münasibətilə təbrik edirəm. Gələcək həyatlarında uğurlar arzu edirəm. İnşallah gələcəkdə hər şey bizim üçün çox gözəl olsun."
Valideyn Leyli Rzayeva 11-ci sinifləri təbrik edib.
"11-ci sinifləri təbrik edirəm. Onların yolları açıq olsun. Arzu etdiyim ixtisaslara nail olsunlar inşallah."
Valideyn İradə Hüseynbəyliyeva də məzunları təbrik edib.
"Bu gün çalan son zəng, bütün 11-ci siniflərin gələcəkdə zəfər zənginə çevrilsin."
Xeyrənə Pəriyeva, Elşad Mətləboğlu, Cavid Bədəlov, Xanım Cəfərova və RTV əməkdaşı