Prezident sərəncam imzaladı - RTV

Prezident İlham Əliyev Gəncə şəhərində yerləşən Cümə məscidində təmir bərpa işlərinin layihə smeta sənədlərinin hazırlanması və həyata keçirilməsi üçün vəsait ayırıb. Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının dini qurumlarla iş üzrə dövlət komitəsinə ilkin olaraq 1,6 milyon manat vəsait ayrılıb.

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikası Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.