Prezident və ailəsi açılışda - RTV

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 1-də Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər.

RTV Azərtac-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və Birinci xanıma görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, Azərbaycan prospektindən başlayaraq Nigar Rəfibəyli küçəsinin bir hissəsi daxil olmaqla, İslam Səfərli küçəsi boyu Mirzəağa Əliyev küçəsinədək olan ərazi tam şəkildə abadlaşdırılıb. Bu ərazidə Mərkəzi Parka piyadaların rahat hərəkəti üçün keçid təmin olunub. İslam Səfərli küçəsi ilə kəsişən səkkiz küçədə, eyni zamanda Təbriz Xəlilbəyli və Mirzə İbrahimov küçələrinə qədər olan hissədə abadlıq işləri yer