Qadın alveri ilə bağlı şok faktlar - İki dəstə ifşa edildi - RTV

Azərbaycanda 198 insan alveri faktı aşkarlanıb. Bu barədə Milli Məclisin İnsan Hüquqları və Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan Milli Koordinatorun illik məlumatında bildirilib.

Məlumata əsasən, insan alveri cinayətlərinin 97 faizi açılıb. İki cinayətkar qrup zərərsizləşdirilib.

Məhkəmələr tərəfindən 14 insan alverçisi azadlıqdan məhrum edilib. İnsan alveri, seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamağa görə yerli axtarışda olan 31 təqsirləndirilən şəxsdən 15-i, o cümlədən 3 insan alverçisi tutulub.