Bakıda taksi fəaliyyəti ilə məşğul olan 29 yaşlı Qazım Hüseynov, tanış olduğu xanım sərnişininə şantaj edib. Məlumatda bildirilir ki, Qazım və Ləya adlı xanım əvvəlcə yaxın münasibətdə olublar və evlənmək qərarına gəliblər. Lakin münasibətləri pozulduqdan sonra Qazım, Ləyadan 50 min manat tələb edib. Pul verilmədiyi təqdirdə isə, Ləyanın çılpaq fotolarını yayacağı ilə hədələyib.
Şantajın davamı olaraq, Qazım Ləyanın işlədiyi liseyə gedərək, onunla birlikdə çəkdirdiyi qeyri-etik fotoları liseyin direktoru və digər müəllimlərə göndərib. Qazım, Ləyadan 50 min manat tələb etməkdə davam edib, əks halda fotoları yayacağını bildirib. Ləya bu hərəkətlərə görə şikayətçi olub və Qazım polis tərəfindən saxlanılıb.
Saxlanılan Qazım Hüseynovun ifadəsində isə, o Ləyadan 50 min manat deyil, yalnız 100 manat borc istədiyini bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsində Qazım Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmənin qərarı ilə Qazım Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib.