Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. Aprel ayının ilk günlərindən etibarən bölgədə hava kəskin dəyişib. Yüksək dağlıq ərazilərə sulu qar və qar yağır. Düzənliklərdə isə intensiv yağışlar müşahidə olunur. Yağıntılar səbəbindən dağ və çaylarda suyun səviyyəsi artıb.
Qax rayonunun Sarbaş və Velyus kəndlərində iki gündür qar yağır. Sarbaş kəndində qarın hündürlüyü artıq 40 santimetrə çatıb. Səhər saatlarından etibarən kəndlər qar örtüyü ilə örtülüb. Gecə saatlarında isə Oğuz rayonunun mərkəzindən 45 kilometr məsafədə yerləşən Vilyus kəndində yağan qar, yağış qarla əvəz olunub.
Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.