Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə və ölkənin bir sıra digər bölgələrinə genişmiqyaslı hava hücumları təşkil edib. Kiyevdə azı 11 nəfər yaralanıb.
Dnepropetrovsk vilayətinə edilən hücumlar nəticəsində isə 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Bu hücumlar nəticəsində 24 mərtəbəli yaşayış binasında yanğın başlayıb.
Kiyev şəhər rəhbərliyinin məlumatına görə, hücumlar zamanı şəhərin müxtəlif hissələrində yanğınlar baş verib. Hava hücumundan müdafiə sistemləri işə salsalar da, bəzi raket və pilotsuz uçuş aparatlarının yaşayış məntəqələrinə zərər verdiyi qeyd olunur.