Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Rusiya istiqamətində hərəkət edən yük maşınından külli miqdarda narkotik vasitə aşkar edilib.
İran-Azərbaycan sərhədinin Astara gömrük postundan Rusiya istiqamətinə keçən, kələmlə yüklənmiş nəqliyyat vasitəsi saxlanılaraq rentgen qurğusundan keçirilib. Nəticədə, kələmlərin içərisinə gizlədilmiş 191 ədəd bağlamada ümumi çəkisi 22 kiloqram 565 qram olan narkotik vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.