Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, fevralın 26-da səhər saat 08:00-dan mərasim bitənədək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kəmandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək.
İdarə bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini və ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edib.