Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik - RTV

Fevralın 1-dən Bakıxanov Dəmir Yolu Stansiyasını metronun Neftçilər Stansiyası ilə əlaqələndirən 76 nömrəli və Qara Qarayev Stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gediş haqqı 50 qəpik müəyyən edilib.