Səlim Müslümovun milyonluq evi və obyekti satılır - RTV

27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti satışa çıxarılır. RTV Qafqaz Info-ya istinadən xəbər verir ki, iki əmlakın ümumi satış qiyməti təxminən 1 milyon 376 min manat təşkil edir. Ümumilikdə isə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ayda 490 min manata iki mənzil satışa çıxarılıb. Xatırladaq ki, Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunmuşdu. Dövlətə dəymiş ziyanın 20 milyon manatdan artıq hissəsi ödənildiyindən ona şərti cəza verilib.