8 fevral tarixi dünyada Beynəlxalq Babalar və Nənələr Günü kimi qeyd olunur. Bu münasibətlə Soy Production tərəfindən "Sənin üçün" adlı qısametrajlı film təqdim olunub. Film baba və nəvə arasında olan dərin bağları özündə əks etdirir.
Təqdimatda filmin prodüseri və baş rolun ifaçısı əməkdar artist Dilarə Əliyeva, ssenari müəllifi Fariz Əliyev və digərləri iştirak ediblər. Dilarə Əliyeva bildirib ki, keçən il də bu vaxtı nənəyə məktub kimi bir şeirə həsr olunmuş qısa film çəkmişdilər. Bu dəfə isə babaya həsr olunmuş "Sənin üçün" bir şeir yazıldı. Hər iki şeirin müəllifi Fariz Əliyev yazdı və çox təsirli alındı. Bu filmin də rejissoru Xəyal Səlimovdur. Sevgi dolu ortamda böyüyən uşaqlar hər zaman cəmiyyətə xeyirli, faydalı olurlar.
Fariz Əliyev bildirib ki, az müddət olmadı bir yaradıcı insana gəlməlidir o. Yazdıq, hazır elədik və çox sevildi. İndi bundan sonra bilmirəm nənə və babadan sonra hansı mövzuya müraciət eləyəcəyik. Amma bu yeni bir janrdır da, yeni bir istiqamətdir elə bil. Elə düşünürəm ki, bu da sevilir. Rejissor Xəyal Səlimov bildirib ki, filmdə uğurlu qadının babası ilə olan xatirələri və hekayəsi, ən əsası da sevgisi üzərində qurulan bir filmdir. Ssenarinin yazılma prosesində də bir neçə dəfə hətta ağlamışam onu yazanda, çox təsirlənmişəm.
Qonaqlar da öz fikirlərini bölüşüblər. Bildirilib ki, babalara bir xanım olaraq, bir nənə statusunu daşıyan biri olaraq bu qədər diqqət eləyən Dilarə xanıma burdan sonsuz təşəkkür edirəm. Mən baba sözünü işlətməmişəm, çünki bizdə bir tərəfə dədə, bir tərəfə qağa deyirdik. Bütün babaların Allah canını sağ eləsin və hər kəsə də baba olmağı qismət eləsin.
Layihədə Dilarə Əliyevanın uşaqlıq obrazını Firuzə adlı uşaq aktrisa canlandırıb. Tədbirin sonunda Dilarə Əliyeva qonaqlara baba payı hədiyyə edib.