Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində kadr dəyişikliyi baş verib.
RTV Manşet.az-a istinadən xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun əmri ilə Məhəmməd Paşazadə sədri müşaviri vəzifəsindən azad edilib.
Qeyd olunur ki, qərar bir neçə gün əvvəl verilib.
Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin oğludur.