"Space TV"nin bank hesablarına həbs qoyuldu - RTV

Space TV müstəqil televiziya və radio şirkətinin bank hesabları üzərinə 140,3103 ABŞ dolları həcmində həbs qoyulub. Bakı Kommersiya Məhkəməsi Xalq Bank ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.

İş materiallarına əsasən, 2021-ci ildə Space TV-yə Xalq Bank tərəfindən illik 5% dərəcə ilə 60 ay müddətinə 235,000 ABŞ dolları məbləğində kredit xətti açılıb. Xalq Bank, gələcəkdə qəbul oluna biləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə Space TV-nin bank hesabları üzərinə həbs qoyulmasını istəyib. Məhkəmə ərizəni qismən təmin edərək Space TV-nin Xalq Bank istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən digər banklardakı hesabları üzərinə 140,313.6 ABŞ dolları həcmində həbs qoyulmasına qərar verib.