Tanınmış aparıcı Cavid Gül "SPACE" TV-dən qovulub. O, 25 ildir işlədiyi telekanalla yollarını ayırıb.
RTV-nin verdiyi məlumata görə, aparıcı Cavid Gül "SPACE" TV-dəki rəsmi işindən çıxarılıb. Kanalda 4 operator və 25 ildir ki, onunla bərabər çalışan səsyazma rejissoru da vəzifəsindən azad edilib. Bu barədə aparıcı Könül Muxtarova da açıqlama verib. O, kanaldan 3 aylıq maaş ala bilmədiyi üçün işdən ayrıldığını bildirib.
Kanalda maaşlarla bağlı problemlərin olduğu barədə xəbərlər yayılır.