TƏBİB-in daha iki vəzifəli şəxsi işdən çıxarıldı - RTV

TƏBİB-də kadr dəyişiklikləri davam edir. Qurumun iki vəzifəli şəxsi işdən çıxarılıb. İşdən çıxarılanlar TƏBİB-in daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli və əhalinin sosial müdafiəsi şöbəsinin rəhbəri Şöhrət Soyiyevdir.

Son günlər TƏBİB-də genişmiqyaslı kadr dəyişiklikləri aparılır. Bu dəyişikliklər qurumun fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır.