"Toyu olacaqdı, yasa döndü" - Binəqədidə qohumlar arasında DƏHŞƏT - RTV

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. Hadisə 28 may qəsəbəsində qeydə alınıb.

Məlumatlara görə, 1996-cı il təvəllüdlü Taleh Qurbanov, bacısının əri 1989-cu il təvəllüdlü Qərib Nur Məmmədovu öz evlərində qətlə yetirib. Hadisəni törətməkdə təqsirli bilinən Taleh Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən şəxs Binəqədi rayon sakini Taleh Qurbanovun bacısının əri olub. Hadisənin təfərrüatları araşdırılır.