“Uşağın bədənin görəndə şoka düşdüm” - Bakıdakı dəhşətli hadisənin TƏFƏRRÜATI - RTV

Əmi ilə mama məni döyüblər. Papa polisə demə, əmi gəlib sənin də qulağını kəsər.

Bakıda ana sevgilisi ilə birgə altı yaşlı oğluna işgəncə verməkdə təqsirləndirilərək həbs edilib. Bu barədə zərərçəkmişin atası məlumat verib. Onun sözlərinə görə artıq Yasamal rayon məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib.

Mən də qarşı deyildim boşanmaya. Sadəcə həmən dövrlərdə artıq xanım götürüb uşağı 10 ay müddətinə məndən gizlətdi. Məhkəmə ciddi tədbirlər görüb MTT qərarı verdi. Çünki boşanma hələ baş verməmişdi deyə məcburi ata ilə görüşü təmin etdi. Deməli, məhkəmə qərarından sonra bir müddət periodik olaraq mən uşaqla altı bazar görüşürdüm. Amma 6 sentyabr tarixində hardasa təxmini 12:30 ya 13, 13:30 radələrində mən uşağı götürəndə evə gətirdim. İndi evdə əynini dəyişəndə uşağın paltarını dəyişdiyim vaxtı birinci yolda hiss elədim nəsə harasısa ağrıyır. Amma sonradan mən uşağın paltarını dəyişmək istəyəndə bədənində ciddi gematomalarla rastlaşdım. Bunların nə olduğunu deyəndə susdu, gözləri doldu. Ondan sonra uşağı təskinləşdirdim ki, bəs narahat olma. Papaya hər şeyi danışa bilərsən. Qorxmadan, yəni ona artıq bir növ özgüvən qazandırdım ki, olanları danışsın. Əmi ilə mama məni döyüblər deyə səsləndirən kimi dərhal 102 xidmətinə məlumat verəndə, hətta uşağın mənə dedi ki, papa polisə demə, əmi gəlib sənin də qulağını kəsər. Və 102 xidməti çox çevik, çox çevik olaraq reaksiya bildirdi. Dərhal polis bölməsinə uşağın çatdırılmasını və yaxud da ki, özlərinin polis əməkdaşlarının dərhal gəlməsini təklif elədilər. Ekspertiza təyin etdi. Ekspertiza təyin ediləndən sonra uşağın xəsarətləri müəyyənləşdi. Müəyyənləşəndən sonra iş tədqiqat dönəmindən çıxıb istintaqa göndərildi.

Məsələ ilə bağlı hüquqşünas Bünyamin Cumayev bildirib ki, əgər təqsirləndirilən şəxslərin əməli öz təsdiqini taparsa, onlar iki ildən beş ilə qədər azadlıqdan məhrum edilə bilər. Qeyd etmək istəyirəm ki, hazırda istintaq aparılan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin əgər əməlləri öz təsdiqini taparsa, onların barəsində məhkəmənin yekun hökmü ilə barələrində iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Artıq Yasamal rayon məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərdən Merauta Nina Feodorovna bir ay və onunla qeyri-rəsmi münasibətdə yaşadığı bildirilən Ələkbərli Ayxan Firdovsi oğlu barəsində isə iki aylıq həbs qəti imkan tədbiri seçilib.