Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib və vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, bıçaqlanan şəxs Kəpəz futbol klubunun futbolçusudur. O, Turan Tovuz futbol klubuna transfer edilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.