Vladimir Putin İlham Əliyevə zəng edib - RTV

İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iki tərəfli və beynəlxalq gündəmə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, həmçinin hökumətlərin və müvafiq strukturların fəal dialoqunun aparıldığını qeyd ediblər. Faydalı əməkdaşlığın daha da genişlənməsinə dair qarşılıqlı maraq təsdiqlənib.